reklam
Prezident İlham Əliyev Sumqayıt stadionunda oldu
Sportfm.az xəbər saytı

Prezident İlham Əliyev Sumqayıt stadionunda oldu


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
Sportfm.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.

Sonra dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Oxşar xəbərlər

Sumqayıt şəhər stadionunun açılışı oldu - FOTO
Sumqayıt şəhər stadionunda yenidənqurma işləri başlandı - FOTO
Sumqayıt stadionunda yenidənqurma işləri başladı
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon ayrıldı
Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib -FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər