reklam
“Ankaragücü”nün futbolçusu milli komandamıza çağırıldı -
Sportfm.az xəbər saytı

“Ankaragücü”nün futbolçusu milli komandamıza çağırıldı -Yekun heyət


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Serbiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlar üçün yekun heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, məşqçilər heyəti oktyabrın 18-dən 28-dək olacaq yarışda 20 futbolçunun xidmətindən yararlanacaq.
U-17-nin heyəti: Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Ayxan Əlizadə, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Əli Nəbizadə, Ömər Nəsibov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Elton Babazadə, Hikmət Cəbrayılzadə, Amid Qasımov (hamısı “Qarabağ”), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).

21 oktyabr

19:00. Serbiya – Azərbaycan
Stara Pazova
Baş hakim: Joni Hyytia (Finlandiya)

24 oktyabr

14:00. Sloveniya – Azərbaycan
Stara Pazova
Baş hakim: Jovan Kachevski (Şimali Makedoniya)

27 oktyabr

16:00. Azərbaycan – Lüksemburq
Belqrad
Baş hakim: Joni Hyytia (Finlandiya)


Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Oxşar xəbərlər

"Ankaragücü"nün futbolçusu millimizə çağırıldı
Millimizin heyəti açıqlandı - SİYAHI
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı
UEFA İnkişaf turniri üçün ilkin heyət - SİYAHI
Millimizin Türkiyə ilə oyunlar üçün heyəti - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər