Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Gəncə”nin məşqçisi: "Bilirəm ki, azarkeşlər bizdən çox şey gözləyirlər"
“Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib.
Sportfm.az xəbər verir ki, türkiyəli mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb, azarkeşlərə səslənib:
“Gəncəni öz şəhərim kimi görürəm. Eyni millətdən olduğumuzdan burada özümü əcnəbi hiss etmirəm. İlk gəlişdən olduqca qonaqpərvər davrandılar. Təklif alanda Azərbaycan basketbolu üçün birlikdə işlər görə bilərik deyə düşündüm. Yeni komanda qururuq, lazım olan transferləri etmişik. İnşallah, Gəncəyə yaraşan, hər zaman mübarizəyə hazır olacaq döyüşkən komanda yaradacağıq. Ona görə buradayıq. Basketbolçularımızın hamısı gənc oyunçulardır. Onların da inkişafı və bizim də dəstəyimiz sayəsində “Gəncə”ni layiq olduğu yerə gətirəcəyik. Bilirəm ki, azarkeşlər bizdən çox şey gözləyirlər. Çünki ötən mövsüm komanda iddialı olub. Bunun fərqindəyəm. Rəqiblərimiz bizdən daha büdcəli komandalardır. Daha bahalı oyunçular alıblar. Amma mübarizə meydandadır. Ona görə kənar amillər önəmli deyil. Biz ötən mövsümkü nəticəni təkrar etməyə çalışacağıq. Aqressiv, enerjili, döyüşən, mübarizə aparan komanda yaratmalıyıq. Gəncəlilərin bundan şübhəsi olmasın. Oyunu uduza bilərik, amma mübarizəni əsla. Sonuna qədər savaşacağıq. Gəncəli azarkeşlərə səslənirəm ki, bizi hər zaman dəstəkləsinlər. Gənc komandamız var. Türkiyədən iş görmək üçün bura gəlmişəm. Onlar üçün mübarizə aparacağıq, dəstəyə ehtiyacımız var”.

Oxşar xəbərlər
"Gəncə"nin baş məşqçisi məğlubiyyətə görə üzr istədi
"Matçın taleyini həmin epizod dəyişdi" - “Gəncə”nin baş məşqçisi
"Azarkeşlər ancaq "Kəpəz"i fikirləşsinlər" - "Kəpəz"in yeni baş məşqçisi
“Gəncə”nin yeni baş məşqçisi
Nicat Qurbanov gəncəli azarkeşlərə səsləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası