reklam
Ahmadi və Maneka bizdən qol vursa da, qazaxlar uddu
Sportfm.az xəbər saytı

Ahmadi və Maneka bizdən qol vursa da, qazaxlar uddu


Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, yığma 3-cü turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qol sayəsində millimiz fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. Qonaqlar ikinci hissənin əvvəllərində bərabərlik topunu vurublar. Bundan ruhlanan rəqib daha 3 qol vurmağa nail olub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub. Beləliklə, millimiz doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.

Oxşar xəbərlər

Millimiz Gürcüstana yenə uduzdu
Qazaxlara səfərdə də uduzduq
Azərbaycan millisi Qazaxıstana qarşı - DÇ-2024
Azərbaycan millisinin heyətində dəyişiklik
Millimiz elit-raundda ilk oyununa çıxır - DÇ-2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər