Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Neftçi"də yeni təyinat
"Neftçi"yə yeni mətbuat katibi təyin olunub.
Sportfm.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. Bu vəzifəni Emin Əfəndi icra edəcək.
Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən Emin Əfəndi 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.
Hazırda o, xalq artisti Miri Yusifin prodüseri və bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.
Qeyd edək ki, buna qədər "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev idi. O, klubdakı struktur dəyişikliyindən sonra Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentində kommersiya rəhbəri təyin edilib.

Oxşar xəbərlər
"Neftçi"də yeni sima - RƏSMİ
Rüstəm Əfsərli "Neftçi"də
“Neftçi”nin yeni strukturu təsdiq olundu
"Bütün məsuliyyət klub prezidentinin üzərindədir" - "Neftçi" rəsmisi
"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin