Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Zaqatala”nın futbolçusu dopinqə görə diskvalifikasiya edildi
“Zaqatala” klubunun futbolçusu Məmmədov Mahmud Gündüz oğlu 23 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilərək barəsində məcburi şərti kənarlaşdırma - 28 iyun 2022-ci il tarixindən hesablanmaqla 2 (iki) illik diskvalifikasiya sanksiyası tətbiq edilib.
Sportfm.az PFL-ə istinadən xəbər verir ki, 17.05.2022-ci il tarixində Azərbaycan I Divizionunun “Neftçi- 2” – “Zaqatala” PFK qarşılaşması zamanı “Zaqatala” PFK-nın heyətində çıxış edən futbolçudan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilib və laboratoriyanın müvafiq hesabatına əsasən M.Məmmədovun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.
FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilən qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Oxşar xəbərlər
Rusiyalı idmançı diskvalifikasiya edildi - 4 il müddətinə
Ukraynalı idmançılar 42 aylıq diskvalifikasiya edildi - Dopinq
Rusiyalı cüdoçu diskvalifikasiya edildi
WADA milli antidopinq agentlikləri üçün təlimatlar hazırladı
Azərbaycanda satılan idman qidasında dopinq aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası