Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İslamiada: Həndbol yarışında 4 komanda qaldı
İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qadın həndbolçuların yarışında komandaların sayı azalıb.
Sportfm.az saytına Yarışın Əməliyyat Komitəsindən verilən məlumata görə, buna səbəb Fil Dişi Sahili yığmasının Bakıya gəlməməsidi.
Belə ki, afrikalılar son anda yarışdan imtina ediblər və nəticədə turnir cəmi 4 yığmanın iştirakı ilə keçiriləcək. Medallar uğrunda Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə və Kamerun həndbolçuları güclərini yoxlayacaqlar.
Qeyd edək ki, millimiz bu gün məhz Özbəkistanla oynamalı idi. Lakin Fil Dişi Sahilinin komandasının Bakıya gəlməməsi təqvim dəyişikliyinə də səbəb olub. Nəticədə yığmamız Kamerunla qarşılaşıb və 28:26 hesabı ilə qələbə qazanıb.
Həndbolçularımız sabah Özbəkistanla, mayın 11-də Türkiyə ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycan həndbolçuları finalda
Bakı-2017: Azərbaycan həndbolçuları qrup lideri kimi yarımfinala yüksəldi
Bakı-2017: Özbəkistan Kamerunla da bacara bilmədi
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı AÇIQLANDI
"Alrosa Kubok"un nəticələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası