reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" sifariş ərizəsində dəyişiklik etdi -Avropa Liqası


"Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün UEFA-ya göndərdiyi sifariş siyahısında dəyişiklik edib.
Sportfm.az xəbər verir ki, dəyişiklik qapıçı mövqeyi ilə bağlıdır. Buna Şahruddin Məhəmmədliyevin bugünlərdə Türkiyənin "Adana Demirspor" komandasına keçməsi səbəb olub. Bu transfer səbəbindən "Qarabağ"ın iştirak ərizəsindəki qapıçı sayı 3-dən 2-ə enib. Ona görə də 3-cü qapıçı olaraq 20 yaşlı Amin Ramazanov yenidən Avropa kuboku matçlarına sifariş olunub.

Qeyd edək ki, A.Ramazanov daha əvvəl də siyahıda yer alırdı. Amma Andrey Lunyov, "Qarabağ"a transferindən sonra UEFA-ya üç qapıçı adı göndərilmişdi. Bunlar Lunyo, Şahruddin Məhəmmədəliyev və Luka Quqeşaşvili idi.

Oxşar xəbərlər

"Qarabağ" "Bayer" ilə oyun üçün 22 futbolçu sifariş etdi
Şahruddin Türkiyə klubuna keçdi - KİV
Şahruddin ehtiyatda qaldı
"Qarabağ" sifariş ərizəsini UEFA-ya göndərdi - SİYAHI
"Qarabağ"da yeni qapıçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər