reklam
“Kəpəz”in futbolçusu 100-ə çatdı
Sportfm.az xəbər saytı

“Kəpəz”in futbolçusu 100-ə çatdı


“Kəpəz”in futbolçusu Tural Rzayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 3-cü turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev qarşılaşmasına (0:2) start heyətində çıxıb və 62 dəqiqə meydanda olub. Tural Premyer Liqada keçirdiyi 100 matçda 1 qol vurub.

Ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın – “Kəpəz”in formasını geyinən yarımmüdafiəçinin debütü 2015/16 mövsümündə gerçəkləşib. O, 2015-ci il avqustun 9-da “Neftçi” ilə səfər qarşılaşmasında şans qazanıb. Həmin görüş 0:0 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

“Kəpəz”in futbolçusu 50-yə çatdı
“Sumqayıt”ın futbolçusu 100-ə çatdı
Kapitan üçün 250-ci matç
Emin Mahmudov üçün yubiley matç
Gəncəli futbolçu 100-ü haqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər