reklam
“Qarabağ” UEFA reytinqində neçəncidir?
Sportfm.az xəbər saytı

“Qarabağ” UEFA reytinqində neçəncidir?


Avrokubokların 2018-ci il üçün ilk həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Sportfm.az xəbər verir ki,keçirilən 20 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Belə ki, "Qarabağ" 1 pillə geriləyib.

İlk "yüzlük"dəki yeganə təmsilçimizi Fransanın "Marsel" klubu keçib. Avropa Liqasının 1/16 finalında "Braqa"nı 3:0 hesabı ilə yenib və 67-ci pilləyə yüksəlib. Nəticədə "Qarabağ" və onunla eyni xala malik BATE və "Yanq Boyz" 69-cu yerə düşüb. Bu üç komandaya daha bir şərik çıxıb. Moskva "Lokomotiv"i "Nitsa"nı 3:2 məğlub etməsi sayəsində Qurban Qurbanovun yetirmələrinə çatıb.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. "Qəbələ" aktivindəki 5,250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, siyahıya 150,000 xala malik "Real" başçılıq edir.

İlk "onluq"

1. "Real" - 150,000

2. "Barselona" - 126,000

3. "Bavariya" - 125,000

4. "Atletiko" - 124,000

5. "Yuventus" - 121,000

6. PSJ - 109,000

7. "Sevilya" - 108,000

8. "Mançester Siti" - 99,000

9. "Borussiya" D - 87,000

10. "Porto" - 85,000

"Qarabağ" və qonşuları

65-66. "Feyenoord" - 21,500

"Rapid" Vyana - 21,500

74. "Marsel" - 21,000

67. "Astana" - 20,750

69-72. "Qarabağ" - 20,500

"Yanq Boyz" - 20,500

BATE - 20,500

"Lokomotiv" Moskva - 20,500

73-73. "Selta" - 20,285

"Real Sosyedad" - 20,285

"Betis" - 20,285

76. "Trabzonspor" - 18,000

Digər Azərbaycan klubları

191. "Qəbələ" - 5,250

244-256. "Neftçi" - 3,825

"Keşlə" - 3,825

"Zirə" - 3,825

"Kəpəz" - 3,825

"Xəzər Lənkəran" - 3,825

apasport.az

Oxşar xəbərlər

"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
"Qarabağ" "Başakşəhər"lə "Milan"ı qabaqladı - UEFA reytinqi
"Xəzər Lənkəran" hələ də yaşayır - Reytinq cədvəlində
“Qarabağ” dünya reytinqində daha 3 pillə irəlilədi
"Kəpəz" ermənilərlə eyni sırada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər