reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin zədəlisi qayıtdı


"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub zədəsini sağaldıb.

Sportfm.az verir ki, bu barədə apasport.az saytına ukraynalı futbolçu özü məlumat verib.
 
30 yaşlı oyunçu hazırda "Qəbələ" ilə birlikdə Naxçıvanda olsa da, "Qarabağ"la keçiriləcək Azərbaycan kubokunun final matçında iştirak edə bilməyəcək.
 
O, artıq tam sağaldığını və məşqlərə başladığını söyləyib: "Zədə ilə bağlı heç bir problemim qalmayıb. Fərdi məşqlərə start vermişəm. Düzdü, tam hazır olmaq üçün hələ zamana ehtiyacım var. Yay təlim-məşq toplanışı zamanı kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcəm".
 
Qeyd edək ki, Vitali Vernidub sonuncu dəfə fevralın 8-də, Premyer Liqanın XVII turu çərçivəsində AZAL-la qarşılaşmada meydana çıxıb. Həmin görüşün birinci hissəsində zədələnərək əvəzlənən ukraynalı 3 aydı komandaya kömək edə bilmir.

Oxşar xəbərlər

O artıq zədəsini sağaldıb...
"Qəbələ"dən ayrılıb "Zarya"ya getdi
"Qəbələ"nin futbolçusu Ukraynada
Məmmədov məşqlərə başlayır
Millimizin futbolçusu “Qalatasaray”la görüşdə oynayacaqmı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər