Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin futbolçusu “Qalatasaray”la görüşdə oynayacaqmı?
"Bursaspor”un formasını geyinən Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz zədələnib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu kollektivlə birgə məşqlərə qatılmayıb. Yılmazın zədəsi ciddi olmasa da, ayağında ağrı hiss etdiyi üçün "Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlu onunla bağlı risk etmək istəməyib. Bu səbəbdən millimizin üzvü komandanın digər zədəliləri - Bilal Kısa, Aziz Behiç və Tomas Sivokla birlikdə ayrıca çalışıb.
Yılmazın Türkiyə çempionatının XII turu çərçivəsində "Qalatasaray”la səfər görüşündə iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib. Dəniz zədəsini sağaldıb, komanda ilə məşqlərə başlaya bilməsə, oyunu kənardan seyr etməli olacaq.
Qeyd edək ki, "Qalatasaray” – "Bursaspor” matçı noyabrın 25-də keçiriləcək.
Oxşar xəbərlər
Dəniz Yılmazın taleyinə aydınlıq gəldi
Dəniz Yılmazın komandası darmadağın oldu
Dəniz Yılmaz “Bursaspor”dan qovuldu!
Dəniz Yılmaz start heyətdə
Dəniz Yılmaz start heyətdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası