Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Sportfm.az "Azərtac"a istinadən xəbər verir ki, sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon 424 min manat vəsait ayrılıb.
Nazirlər Kabinetinə bu Sərəncamda göstərilən cari təmir işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxşar xəbərlər
Prezident Minifutbola 1 milyon manat ayırdı
Prezident İTV-yə maliyyə yardımı ayırdı - Olimpiya Oyunlarına görə
Gəncədə İdman Sarayı tikiləcək - Sərəncam
Ramil Qasımova Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdü verilib
Olimpiya çempionumuzla bağlı sərəncam imzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası