reklam
Prezident İTV-yə maliyyə yardımı ayırdı -
Sportfm.az xəbər saytı

Prezident İTV-yə maliyyə yardımı ayırdı -Olimpiya Oyunlarına görə


Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Sportfm.az xəbər verir ki, sərəncamla 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı sərəncam imzaladı
Prezident Minifutbola 1 milyon manat ayırdı
Güləş Federasiyasına bir milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident Paralimpiya Komitəsinə pul ayırdı
Olimpiya çempionumuzla bağlı sərəncam imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər