reklam
Azərbaycan yığmasının yekun heyəti -
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasının yekun heyəti -UEFA İnkişaf turniri


15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf turnirində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

Sprtfm.az xəbər verir ki, baş məşqçi İlham Yadullayev yarışa 17 oyunçu aparmaq qərarına gəlib.

Onlardan 7-si “Sabah”ın, 5-i isə “Qarabağ”ın formasını geyinir.

U-15-in yekun heyəti: Rauf Əyyubov, Toğrul Mehdizadə, Nihad Şirinzadə, Emil Məmmədov, Renat Muştakov, Nicat Kərimov, Samir Şərifov (hamısı “Sabah”), Uğur Qurbanlı, Əli Bəşirov, Hüseyn Bayramov, Murad İbrahimli, Polad Hüseynov (hamısı “Qarabağ”), Rəşad Gülüşov, Kəmal Mustafazadə (hər ikisi “Leon”), İmran Lətifov (EFA), Amil Abuşov (“Sumqayıt”), Allahverdi Şirinov (“Qəbələ”).

Qeyd edək ki, U-15 millimiz avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti - SİYAHI
Azərbaycan millisinin yekun heyəti - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Yığmamız UEFA İnkişaf turnirində iştirak edəcək
Millimizin heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər