Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" Eddisiz qaldı -əməliyyat olundu
"Neftçi"nin futbolçusu Eddi İsrafilovun diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb.
Sportfm.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Eddi İsrafilov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub, buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.

Oxşar xəbərlər
"Neftçi"nin legionerinin son durumu açıqlandı
Balayev və İsrafilov nə vaxt qayıdacaq?
"Neftçi" Eddi İsrafilovsuz qaldı - 2 həftə
"Zədələr də futbolun bir hissəsidir" - Eddi İsrafilov
“Zirə”nin futbolçusu əməliyyat olundu - 6 həftədən sonra məşqlərə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası