Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah" Konfrans Liqasında mübarizəni dayandırdı
"Sabah" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda səfərdə Serbiya "Partizan"ı ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, "Partizan" stadionunda keçirilən görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu komandalar arasında ilk matç "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ona görə də cütün qalibinin müəyyənləşməsi üçün görüşdə əlavə vaxta ehtiyac olub. Lakin bu müddət ərzində komandalar fərqlənə bilməyiblər.
Matç penaltilər seriyası ilə davam edib. Burada "Partizan" daha dəqiq davranıb - 5:4. Beləliklə, "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" bu mövsüm tarixində ilk dəfə avrokuboklarda iştirak edirdi.
17 avqust
23:00. "Partizan" (Serbiya) - "Sabah" (Azərbaycan) - 2:0 (Penaltilər seriyası - 5:4)
Qollar: Mateus Saldanya, 30 (1:0), Bibras Natxo, 58 (2:0)
"Partizan": +, +,+,+, +
"Sabah": +, +, +, +, -
Qırmızı vərəqə: Kristian Beliç, 116 ("Partizan")
Baş hakim: Bartoş Frankovski (Polşa)
İlk oyun - 0:2
"Partizan" stadionu

Oxşar xəbərlər
"Sabah" "Partizan"a qarşı - Konfrans Liqası
"Sabah" "Partizan"a qalib gəldi - Konfrans Liqası
"Sabah" - "Partizan" - Heyətlər
“Sabah” – “Partizan” matçına satılan bilet sayı - 5000
“Sabah” – “Partizan” matçının biletləri satışda - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası