reklam
Millinin dünya çempionatı üçün heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millinin dünya çempionatı üçün heyəti açıqlandı -SİYAHI


Güləş üzrə Azərbaycan yığmalarının iyulun 31-də Türkiyənin İstanbul şəhərində start götürəcək U-17 dünya çempionatı üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, avqustun 6-dək davam edəcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Heyətdə Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Tural Əhmədov (55 kq), Roman Kərimov (60 kq), Yusif Əhmədli (65 kq), Cavad Məmmədov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) yer alıb.

Daha sonra qadın güləşi üzrə mübarizə baş tutacaq. Səadət Quliyeva (43 kq), Ruzanna Məmmədova (53 kq), Günay Qurbanova (57 kq) və Zəhra Kərimzadə (69 kq) medal qazanmağa çalışacaq.

Mundialn son günlərində isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Sədrəddin Həsənov (51 kq), Tural Əliyev (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), İsmayıl Əsədli (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) qüvvəsini sınayacaq.

Başakşəhər İdman Kompleksində keçiriləcək yarışda görüşlər hər gün saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Dünya çempionatında 1-ci dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Avropa çempionatında iştirak edəcək güləşçilərimiz
Millimizin heyəti açıqlandı - SİYAHI
Dünya çempionatında bu heyətlə iştirak edəcəyik - Adlar
Millilərimizin heyəti açıqlandı - Avropa çempionatı
Güləş millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər