reklam
Saldanya
Sportfm.az xəbər saytı

Saldanya "Neftçi"də qalmadı -sirr pərdəsi


“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb. Bakılılar Mateus Saldanyanı düşərgədə saxlamağı lazım bilməyib.
Sportfm.az xəbər verir ki, bir neçə gündür komandanın məşqlərinə qatılmayan hücumçunun Serbiyaya getdiyi bəlli olub. Müqavilə ilə məxsus olduğu Yaponiyanın “Ceff Yunayted” klubu onu “Partizan”a satıb.

“Neftçi”yə qışda gələn, mövsümün sonunadək icarə müqaviləsi bağlayan 23 yaşlı braziliyalının keçidinin həll olunduğunu Serbiya mətbuatı yazıb. Oyunçunun Bakıda olmadığı da dəqiqdir. Üstəlik, məşhur “transfermarkt” portalı futbolçunun dünən Yaponiya klubuna qayıtdığını, bu gün isə “Partizan”a keçdiyini qeyd edib.

Əldə etdyimiz bilgiyə görə, “Neftçi” rəhbərliyi futbolçunu saxlamaqda maraqlı olmayıb. İlin sonunadək mövcud olan müqavilə də bu üzdən pozulub. Bakılılar komandaya daha səviyyəli hücumçu cəlb etmək niyyətindədir. Konfrans Liqasında bu həftə baş tutacaq “Jelezniçar” matçı öncəsi bunu etmək mümkün olmayacaq.

Ümumiyyətlə, paytaxt təmsilçisi avrokuboka böyük önəm vermir, bütün planlarını yeni mövsüm üçün qurur. Ona görə də heyətdəki digər əcnəbilərin də yaxın günlərdə yola salındığını eşitsəniz, təəccüblənməyin(futbolinfo.az)

Oxşar xəbərlər

"Neftçi"də yeni hücumçu - TRANSFER
Bakı klubundan qaçdı, İstanbul komandasına keçir
“Neftçi” – “Jelezniçar” matçına biletlər bitdi
Saldanya "Neftçi" ilə belə vidalaşdı - "Gözəl mövsümünüz olsun. Minnətdaram"
"Neftçi"dən gülünc bəyanat - "Saldanyanı qovduq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər