Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
BMT futbolçunu dəstəklədi
BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyni irqçi təhqirlərə məruz qalan İtaliyanın "Peskara" klubunun futbolçusu Salli Muntarinin oyunu tərk etmək qərarını dəstəkləyib.
Sportfm.az xəbər verir ki, əl Hüseyni bu addımın BMT-nin insan haqları üzrə idarəsinin bütün əməkdaşlarına ruhlandırıcı təsir göstərdiyini vurğulayıb.
Ötən gün İtaliya çempionatının 34-cü turunda, "Kalyari" - "Peskara" matçında irqçi insident yaşanıb. Oyunun son dəqiqələrində meydan sahiblərinin azarkeşləri Salli Muntariyə qarşı irqçi şüarlar səsləndirib.
Qanalı futbolçu bu barədə matçın baş hakiminə məlumat verib. Buna cavab olaraq hakim S.Muntariyə sarı vərəqə göstərib. Futbolçu isə etiraz əlaməti olaraq meydanı tərk edib.
Oxşar xəbərlər
Bu ölkənin azarkeşləri "radara düşdü"
Ulduz futbolçu irqçi təhqirlə bağlı danışdı
İrqçi şüara görə oyun dayadırıldı, futbolçular meydanı tərk etdi
Qadın futbolçu irqçi təzyiqlərə məruz qaldı
Muntari CƏZALANDI - İrqçiliyə etirazına görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası