reklam
İkincci liqa ilə bağlı yeniliklər -
Sportfm.az xəbər saytı

İkincci liqa ilə bağlı yeniliklər -MƏLUMAT


Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
PFL bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək. İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində keçiriləcək.

Məlumatda qeyd edilir ki, AFFA İcraiyyə Komitəsi tərəfindən 16.06.2023-cü il tarixində verilən qərara uyğun olaraq, I Divizion və II Divizionda (yeni adları ilə 1-ci və 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.

2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.

2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan kuboku yarışlarında iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, yarıpeşəkar statuslu 2-ci Divizionda 12 komanda - “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” mübarizə aparacaq.

Oxşar xəbərlər

Bu gün 2-ci liqada ilin ilk matçları keçiriləcək
13-cü tura yekun vurulur - II Liqa
“Baku Sportinq” Qusar komandasını qəbul edəcək 12-ci tur
2-ci Liqada komandaların sayı artırıldı - QƏRAR
İkinci divizionda yarışacaq komandalar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər