reklam
Daha iki taekvondoçusunun ilk rəqibləri bəlli oldu -
Sportfm.az xəbər saytı

Daha iki taekvondoçusunun ilk rəqibləri bəlli oldu -Dünya çempionatı


Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.

Sportfm.az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq.

Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Oxşar xəbərlər

Daha iki taekvondoçumuz medal qazana bilmədi - Dünya çempionatı
Altıncı günün püşkü atıldı - Dünya çempionatı
Daha bir taekvondoçumuz mundialı medalsız başa vurdu
İdmançılarımızın rəqibləri məlum oldu - Dünya çempionatı
Olimpiya çempionumuz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər