Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha iki taekvondoçumuz medal qazana bilmədi -Dünya çempionatı
Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.
Sportfm.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/4 final mərhələsində Marko Qolubiçə uduzub.
Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı.
Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.
Oxşar xəbərlər
Daha iki taekvondoçusunun ilk rəqibləri bəlli oldu - Dünya çempionatı
Daha iki təmsilçisi medalsız qaldı - Dünya çempionatı
Daha iki taekvondoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Daha bir taekvondoçumuz mundialı medalsız başa vurdu
2 taekvondoçumuz mübarizəni dayandırdı - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası