Olimpiya Stadionu 2020-ci ildə UEFA Çempionlar Liqasının final oyununu keçirməyə namizəd oldu
İstanbuldakı Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün namizədliyi irəli sürülüb.
Sportfm.az xəbər verir ki, qitənin ali futbol qurumu, həmçinin bu matç üçün Portuqaliyanın “Benfika” klubunun “Estadio da Luz” stadionunun da namizəd olduğunu bildirib.
Bundan başqa, UEFA Avropa Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün Polşanın “Arena Qdansk” və Portuqaliyanın “Estadio do Draqao” stadionlarının namizədliklərini irəli sürdüklərini də açıqlayıb.
Qadınlar arasında UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün isə Avstriyanın “Avstriya Arena”, Belçikanın “Stade Maurise Dufrasne” və Rusiyanın “Dinamo” stadionları namizəddir.
UEFA bununla bağlı qərarını 2018-ci ilin iyununda açıqlayacaq.
Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ilin mayında İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.
Oxşar xəbərlər
Avropa Liqasının final matçı bu stadionda baş tutacaq - FOTO
Çempionlar Liqasının finalına 2 namizəd: Rusiya, yoxsa Almaniya?
11 ölkə final oyunlarının təşkili üçün namizədliyini irəli sürdü - SİYAHI
2020-ci ildə Avropa Liqasının finalı bu şəhərdə olacaq
Çempionlar Liqasının finalı Bakıda?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası