reklam
Azərbaycan birincilikləri tarixində yeni rekordlar
Sportfm.az xəbər saytı

Azərbaycan birincilikləri tarixində yeni rekordlar


Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb.

Sportfm.az xəbər verir ki, bu, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında yarışda baş verib.

Turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet (onlardan 21 nəfəri qadın) körpücük üzərinə çıxıb.

Bununla yanaşı, çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsində Ravin Alməmmədov fərqlənib. Onun bu çəki dərəcəsində birdən qaldırmada ram etdiyi 136 kq yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kq və toplamdakı 307 kq nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordlarıdır.

Oxşar xəbərlər

İkinci yarış gününə yekun vuruldu - Azərbaycan birinciliyi
Daha bir çəkidə qaliblər bilindi - SİYAHI
Günel rekordları yenilədi - Azərbaycan çempionatı
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu - UĞUR
Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər