Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bir cüdoçumuz finala yüksəldi, ikisi bürünc üçün güləşəcək -Beynəlxalq turnir
Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.
Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda İspaniya təmsilçisi David Qarsiya Torne ilə üz-üzə gələcək.
60 kq-dakı Nazir Talıov bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukla, qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşəcək.
Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), və Finan Əlizadə (57 kq) mübarizəni dayandırıb.
Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.
Oxşar xəbərlər
İlk gündə iki medal - Qran-pri
Millimizin Qran-pri üçün heyəti açıqlandı
14 cüdoçumuz Qran-pridə
Kəramət Hüseynov yeni çəkidə yarışacaq - Qran-Pri turniri
Cüdoçumuz finala yüksəldi - Qran Pri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası