reklam
Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatıldı -
Sportfm.az xəbər saytı

Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatıldı -FOTO


İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb.

Sportfm.az xəbər verir ki, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə mayın 21-də Çin Xalq Respublikasında start verilən təlim-məşqlərdə iştirak edir.

 

İyunun 11-dək keçiriləcək toplanışa qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır. 

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında 2-ci, şəxsi və qoşa yarışında isə 3-cü yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan millisi “gümüş” qazandı - Europe youth series
Yığmamız Osiyekdə yarımfinala yüksəldi - Europe youth series
Stolüstü tennisçilər Avropanın ən istedadlıları arasında
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər