Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray" İkardini almaq istəyir
"Qalatasaray" PSJ-dən bu mövsümün əvvəlində icarəyə götürdüyünü Mauro İkardini birdəfəlik almaq istəyir.
Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçu üçün 10 milyon avroya yaxın ödəməyə hazırdır. Bildirilib ki, klub yaxşı oyunu və komanda yoldaşları ilə mehriban münasibətinə görə oyunçu ilə 3 illik yeni müqavilə imzalamağı planlaşdırır. O, buna razılıq versə, ilinə 4-5 milyon avro maaş alacaq.
İkardi PSJ-də ilinə 6 milyon 750 min avro qazanırdı.
Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsüm "Qalatasaray"da 22 matçda 19 qol vurub, 7 qolun ötürməsini verib.
Oxşar xəbərlər
Ronaldo üçün 75 milyon avro
PSJ İkardini transfer etdi – RƏSMİ
"Qalatasaray"dan 5 milyon avro maaş istəyir FOTO
Klub rəhbərliyinin verdiyindən 1 milyon avro artıq istəyir!
"Qalatasaray" seneqallı futbolçusuna 15 milyon qiymət qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası