reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz"un zədəli oyunçusunun durumu məlum oldu


Premyer Liqanın 35-ci turunun "Səbail"lə matçında (2:2) zədələnən "Turan Tovuz"un futbolçusu Divinie Naahın durumu bəlli olub.

Sportfm.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin körpücük sümüyü ətrafında bağ zədələnib. 27 yaşlı futbolçu mövsümün son turunun "Qarabağ"la oyununda iştirak etməyəcək. Afrikalı oyunçu yeni mövsüm öncəsi təşkil olunacaq təlim-məşq toplanışına kimi sağalacaq.

Qeyd edək ki, Divinie Naah bu ilin aprel ayında "Turan Tovuz"a keçib. O, qərb bölgəsi təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Oxşar xəbərlər

"Turan Tovuz"un baş məşqçisinin köməkçisi məlum oldu
Tovuzda daha bir legioner peyda oldu
"Turan Tovuz" yoxlama oyunu keçirəcək
“Turan Tovuz” 2–0 “Zirə” - VİDEO
"Turan Tovuz"un yeni baş məşqçisi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər