reklam
Şeydayev “Qarabağ”dan gedir -
Sportfm.az xəbər saytı

Şeydayev “Qarabağ”dan gedir -Yeni klubunun adı bilindi


Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı dəqiqləşdi. Millimizin hücumçusu məhz Asiya ölkəsinə yollanır. Həm də illik 1 milyon dollar maaşa!

Sportfm.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Şeydayev artıq 2 illik müqavilə bağlayıb. Tərəflər ilkin anlaşmaya imza atıblar.

Futbolçuların son klubu ilə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış başqası ilə danışmaq və ilkin müqavilə bağlamaq hüququ var. Şeydayev də bu fürsətdən istifadə edib. Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcək.

Lakin millimizin üzvünün getdiyi ərəb ölkələrinin təmsilçiləri deyil. Şeydayev Taylandın son çempionu “Buriram Yunayted”lə anlaşıb.

Son mövsümüm “Banqkok Yunayted”in 10 xal önündə bitirən bu klub 1970-ci ildə yaradılıb. Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “New I-Mobile Stadyum”da keçirir. Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var.

 

Oxşar xəbərlər

Ramil Şeydayev Türkiyəyə gəlir
Şeydayev “Kocaelispor”da - RƏSMİ
Şeydayev dalaşmağında, komandası isə sonuncudur
Ramil Şeydayev debüt edir - Asiya Çempionlar Liqası
Şeydayev Tailand klubunda ilk məşqi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər