Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
7 qat dünya çempionuna 40 milyonluq müqavilə -Formula 1
"Mercedes"də çıxış edən "Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton karyerasını "Ferrari"də davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, İtaliya təmsilçisi 38 yaşlı pilota 40 milyon funt-sterlinq dəyərində müqavilə təklif etməyə hazırdır.
Bildirilib ki, təcrübəli sürücü ilə sözləşmə imzalansa, "Ferrari" Karlos Saynsı deyil, Şarls Lekleri saxlamağa çalışacaq.
Digər mümkün variant isə Leklerin "Mercedes"ə, Hemiltonun isə "Skuderiya"ya keçməsidir.
Komandanın prezidenti Con Elkann Lüis Hemiltonun transferində maraqlıdır.
Qeyd edək ki, Lüis Hemilton 2008, 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya çempionu olub.
Oxşar xəbərlər
Hemiltonun yeni müqaviləsinin dəyəri - 53 milyon
4 qat dünya çempionu "Ferrari"dən gedir
Hemiltonun "İnstagram" qazancı bəlli oldu
Hemilton "Formula-1"in beşqat çempionu oldu
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası