Tərlan Əhmədov məşqi ləğv etdi
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Neftçi”ni qəbul edəcək. Gəncə təmsilçisinin stadionunda qazonun durumu xoşagəlməz vəziyyətdə olduğu üçün oyun Qəbələdə keçiriləcək.
Sportfm.az Komanda.az-a istinadən xəbər verir ki, əzəli rəqib olan “Neftçi” ilə qarşılaşmadan əvvəl “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov komandanın mayın 19-da keçirilməli olan məşqini ləğv edib. Əhmədov, futbolçular məşqə çıxmağa hazırlaşarkən “bu gün məşq olmayacaq” deyib və özü də düşərgəni tərk edib. Onun təcili olaraq Bakıya getdiyi deyilir. Əhmədovun məşqi ləğv etməsinə səbəb olan paytaxta səfərinin nə məqsəd daşıdığı bilinmir. Onun komandanın “Neftçi” ilə matçdan öncə məşqi ləğv edib, Bakıya getmək üçün klub rəhbərliyindən icazə alıb-almadığı da məlum deyil. O, komandasının ancaq dünən axşam keçirilən məşqinə çata bilib.
“Kəpəz” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
Tərlan Əhmədov 200-cü oyununu keçirdi
Tərlan Əhmədov üçün yubiley - 50-ci bərabərlik
“Neftçi”nin rəqibi Bakıya yola düşdü - Konfrans Liqası
"Neftçi"nin baş məşqçisi Kiprdə medianın önünə çıxacaq - Mətbuat konfransı
"Neftçi"nin heyətini məşqçilər heyəti hazırlaşdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası