reklam
Millimizin üzvü  gümüş medal qazandı -
Sportfm.az xəbər saytı

Millimizin üzvü gümüş medal qazandı -Rusiyada


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub.

Sportfm.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu Rusiya birinciliyinin "A" Yüksək Liqasında mübarizə aparıb. Komanda son qarşılaşmada "Lokomotiv-2" kollektivi ilə üz-üzə gəlib. Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələni lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.

Oxşar xəbərlər

Millimizin üzvü Rumıniyada “gümüş” qazandı
“Neftçi” bürünc medal qazandı - Azərbaycan çempionatı
Millimizin üzvü gümüş medal qazandı
Elis macarı uddu, yığmamız medal qazandı
“CEV-EEVZA Satellite” turnirinin qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər