reklam
“Neftçi” bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

“Neftçi” bürünc medal qazandı -Azərbaycan çempionatı


Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

Sportfm.az xəbər verir ki, üçüncü qarşılaşmada MOİK-i 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə məğlub edən “Neftçi” üçüncü yeri tutub.

Bu komanda əvvəlki iki görüşdə rəqibinə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşə bilər. Əvvəlki iki matçda “Xarı bülbül”ü üstələyən “Murov” (3:1, 3:0) bu dəfə də qalib gəlsə, çempion adını qazanacaq.

Oxşar xəbərlər

"Neftçi" bürünc medal qazandı - Azərbaycan çempionatı
Qadınlar arasında ilk medalçı bəlli oldu - Yüksək Liqa
Finalçılar məlum oldu - “Xari bülbül” və “Murov”
“Neftçi” rəqibindən gücsüz oldu
Lider növbəti qələbəsini qazandı - Yüksək Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər