reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın siyasi şahmat adlandırılması yanlışdır" - RƏSMİ AÇIQLAMA


Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin "İndependent” qəzetinin 20 aprel tarixində dərc edilmiş "Dağlıq Qarabağ Respublikasında futbol və ümid-unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq cavab məqaləsi çap edilib.

XİN-in mətbuat xidməti xəbər verir ki, Hacıyev sözügedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayıb.

Qeyd olunub ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə "Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalistika prinsiplərinə uyğun gəlmir:

"Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.  

Ermənistanın işğalı nəticəsində "Qarabağ” klubu bəlkə də dünyada yeganə futbol klubudur ki, öz doğma şəhərindən kənarda sığınacaq tapıb. Məqalənin müəllifinin "Qarabağ” futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırması yanlışdır. Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları "Qarabağ” futbol klubunun oyunlarını izləyəcəklər”. 
 
Mənbə:İdman365.az 

Oxşar xəbərlər

Maksim Medvedev Henrix Mxitaryana cavab verdi
Paralimpiya çempionlarımız dünya ictimaiyyətinə müraciət etdi - Erməni vandalizmi ilə bağlı
UFC prezidentinə etiraz məktubu göndərildi - Təxribatçı erməniyə görə
FİFA-ya müraciət hazırlandı
Dağlıq Qarabağın Azərbaycanlı İcması etiraz məktubu göndərdi - Onlar narahatdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər