“Barselona” əzəli rəqibini yenib çempion oldu
İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“Selta” evdə “Valensiya”ya uduzub. “Sevilya” da “Valyadolid”lə səfər matçında darmadağına sevinib. “Elçe”nin qonağı olan Madrid “Atletiko”su isə məğlubiyyətlə üzləşib.
Lider “Barselona” da “Espanyol”un qonağı olub. Kataloniya derbisində inamlı qələbəyə sevinən “Barselona” sona 4 tur qalmış çempionluğu təmin edib. Bu, sözügedən klubun 27-ci İspaniya çempionluğudur.
Hazırda “Barselona” 85 xalla vahid liderdir. “Real” 71 xalla ikinci, “Atletiko” 69 xalla üçüncü pillədə qərarlaşıb.
İspaniya La Liqası
34-cü tur
12 may
Malyorka – Kadis 1:0
Qol: Maffeo, 16.
13 may
Real Sosyedad – Jirona 2:2
Qol: Oyarzabal, 5-pen. D.Silva, 24 – Kouto, 37. Stuani, 45+3.
Osasuna – Almeriya 3:1
Qol: Budimir, 46. Ezzalzuli, 51. M.Qomes, 81 – Lazaro, 90+2.
Vilyarreal – Atletik 5:1
Qol: Baena, 24; 90. N.Cekson, 37; 50. A.Paredes, 61-öz qapısına – Sanset, 45+3.
Real – Xetafe 1:0
Qol: M.Asensio, 70.
14 may
Selta – Valensiya 1:2
Qol: Seferoviç, 60 – Kluyvert, 8. Mari, 88.
Elçe – Atletiko 1:0
Qol: Fidel, 41.
Valyadolid – Sevilya 0:3
Qol: Mir, 50. P.Qomes, 79. Korona, 90+3.
Espanyol – Barselona 2:4
Qol: Puado, 73. Xoselu, 90+2 – Levandovski, 11; 40. A.Balde, 20. Kunde, 53.
15 may
23:00. Betis – Rayo Valyekano
Oxşar xəbərlər
“Atletiko”dan 5 qol - Primera
“Valensiya”dan ev, “Sevilya”dan səfər qələbəsi - La Liga
Korrea və 1 xal - Primera
“Real”dan minimal hesablı qələbə - PRİMERO
Levandovski son dəqiqələrdə fərqləndi - La Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası