"Qarabağ"ın legioneri üçün mövsüm bitdi
"Qarabağ"ın futbolçusu Yassin Benzia yenidən sıradan çıxıb.
Sportfm.az xəbər verir ki, əlcəzairli futbolçu üçün mövsüm başa çatıb. Misli Premyer Liqasının 32-ci turunun "Neftçi" ilə görüşündə oynayan, 81-ci dəqiqədə yerini Filip Ozobiçə verən yarımmüdafiəçi bu tur meydana çıxmadı. Onun zədə səbəbindən "Qəbələ"yə qarşı oynamadığı məlum olub. Belə ki, təcrübəli futbolçuda ikinci dərəcəli dartılma müəyyən olunub. Öncə zədəsinin daha ciddi olduğu gözlənilsə də, təkrar müayinə zamanı 20 günlük sıradan çıxdığı bəlli olub. Belədə, futbolçu üçün mövsüm artıq başa çatıb.
28 yaşlı futbolçu "Qarabağ"a gələnə qədər "Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon", "Hatayspor" klublarında oynayıb. Qışda Ağdam klubuna cəlb edilmiş Yassin tez-tez zədələndiyindən komandasına istənilən qədər kömək edə bilməyib.
Oxşar xəbərlər
"Qarabağ"ın legioneri milliyə çağırıldı
Benzia başından xəsarət aldı, "Qarabağ" onu itirdi
Millinin üzvü "Qarabağ" üçün Bakıya gəldi
"Qarabağ"ın legioneri üçün mövsüm bitdi - Zədəyə görə
Yasin qəza keçirdi, əməliyyat olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası