Güləşçilərimizdən Dünya seriyasına uğurlu start
Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsi start götürüb.
Sportfm.az xəbər verir ki, artıq qruplarda ilk 2 turun görüşləri keçirilib.
70 kq
Ramiz Həsənov B qrupunda Vilfrido Esteban Samanieqo (Panama) və Con Vilmer Karrenoya (Peru) 3:0 hesabıyla qalib gəlib. Həsənov sonuncu turda Vilfredo Aqusto Rodrigeslə (Venesuela) qarşılaşacaq.
90 kq
İbrahim Yusubov A qrupunda Yonas Van Kaenegemə (Belçika) 3:0 və Xristos Samartsidisə (Yunanıstan) 3:2 hesabıyla qalib gəlib. Yusubov sonuncu turda Elton Aleksandr Morrisonla (Panama) üz-üzə gələcək.
+90 kq
Oyan Nəzəriani Axilles Xrisidisə (Yunanıstan) 3:0 hesabıyla qalib gəlib, Xose Daniel Roberttiyə (Venesuela) 0:2 hesabıyla məğlub olub. Nəzəriani sonuncu turda Nikolas Enzo Baezlə (Argentina) güləşəcək.
Oxşar xəbərlər
Güləş millimiz 2 medal qazandı - Uğur
Güləşçilərimizin Buenos-Ayres sınağı - Dünya seriyası
8 medal birdən
İdmançımız dünya seriyasının final mərhələsində çıxış edəcək
Azərbaycanlı güləşçi olimpiya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası