Emreli "Trabzonspor"amı keçir?
Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin evdə "Trabzonspor"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın XXXII tur oyunundan öncə rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.
Sportfm.az xəbər verir ki, 26 yaşlı hücumçunun xorvatiyalı mütəxəssislə səmimi münasibəti konyalı azarkeşlərin marağına səbəb olub.
Məsələni araşdıran "yenihaberden.com" saytı Byelitsanın ölkəsinin "Osiyek" klubunun sükanı arxasında olarkən təcrübəli forvardı komandasında görmək istədiyini, hətta oyunçuya təklif göndərildiyini, amma razılıq əldə olunmadığını yazıb.
Bu arada, "Trabzonspor"la matçın 71-ci dəqiqəsində xəbərdarlıq alan Emreli sarı vərəqə limitindədir. Hücumçu XXXIII turun "Alanyaspor"la səfər oyununda analoji cəzaya məruz qalarsa, növbəti görüşü buraxacaq.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsusdur.
Oxşar xəbərlər
Mahir Emreli Rusiya klubuna keçir? - Müraciət edildi
Emreli mövsümün ən zəifi oldu
“Konyaspor” Mahirə görə cərimə ödəyəcək
Mahir "Dinamo"da istənməyən şəxsə çevrilib
Mahir Emreli yenidən zədələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası