reklam
Mahir Emreli yenidən zədələndi
Sportfm.az xəbər saytı

Mahir Emreli yenidən zədələndi


Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.

Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən vaxta ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.

Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.

Oxşar xəbərlər

Mahir Emreli kubok matçında qol vurdu
Mahir Emreli məşqdə zədələndi
Emreli növbəti dəfə zədələndi
Mahir məşqlərə başladı
Mahir Emreli Zaqreb "Dinamo"sunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər