Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Abasov ikiqat yubileyə sevinib
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXXII turunda “Kəpəz”lə səfər oyununda ikiqat yubileyə sevinib.
Sportfm.az xəbər verir ki, “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbə 45 yaşlı mütəxəssisin Premyer Liqada 75-ci uğuru olub.
Abasov bunu 190-cı matçında gerçəkləşdirib. Onun rəhbərliyi altında “Sumqayıt” 36, “Neftçi” 31, “Zirə” 8 dəfə üç xal əldə edib. O, Azərbaycan çempionatları tarixində 75 və daha çox matçda qələbə sevinci yaşayan 14-cü baş məşqçidir.
Abasovun rəhbərliyi altında 122-ci qarşılaşmaya çıxan “Sumqayıt” 40-cı dəfə qalib gəlib. Bunlardan 36-sı çempionat, 4-ü kuboka təsadüf edib.
Oxşar xəbərlər
Premyer Liqada 75-ci, "Sumqayıt"da 40-cı - Misli Premyer Liqası
Samir Abasov 100-ə çatdı
Hacıyevlə 25-ci qələbə - Premyer Liqa
Karyerasında 100-cü oyun - Premyer Liqada 30-cu qələbə
Abasovun 40-cı qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası