Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda keçiriləcək Avropa çempionatının loqosu –FOTO
18 yaşadək oğlan basketbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının C divizionunun loqosu təqdim olunub.
Sportfm.az xəbər verir ki, loqotipin ilkin görünüşü Azərbaycan bayrağında öz əksini tapmış aypara və səkkiz guşəli ulduzu xatırladır.
Loqoda qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsi və içərisində səkkizguşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanması müşahidə edilir.
Basketbolun əsas özəyini təşkil edən topun qırmızı rəngdə olması isə məhz Azərbaycana xas olan xromatik xüsusiyyətdir.
Avropa çempionatı 29 iyul-6 avqust tarixlərində keçiriləcək.

Oxşar xəbərlər
“Araz-Naxçıvan”ın yeni loqosu - FOTO
Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları - FOTO
AKF loqosunu dəyişdi - 22 ildən sonra
Bakıda alpaqut döyüşü üzrə dünya çempionatı keçiriləcək
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqləndi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası