reklam
Stadnik doqquzqat Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Stadnik doqquzqat Avropa çempionu oldu


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 50 kq-dakı səkkizqat qitə çempionumuz həlledici qarşılaşmada Oksana Livaçla (Ukrayna) üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl 2 dəfə dünya çempionu olan 34 yaşlı idmançı Olimpiya Oyunlarında 2 gümüş, 2 bürünc medal qazanıb.

Bu gün həmçinin, bürünc medal görüşlərində Elnurə Məmmədova (55 kq)  Katarjina Kravçiklə (Polşa), Alyona Kolesnik (59 kq) Sandra Paruşevski (Almaniya) ilə görüşəcəklər.

 

Oxşar xəbərlər

Kolesnik ilk dəfə Avropa çempionu oldu
Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu
Mariya Stadnik final görüşünə çıxacaq - Avropa çempionatı
Stadnik 9-cu dəfə finalda
Mariya Stadnik Avropa çempionu oldu - 8-ci dəfə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər