reklam
Yarımfinalçılar məlum oldu -
Sportfm.az xəbər saytı

Yarımfinalçılar məlum oldu -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin son iki iştirakçısı müəyyənləşib.  

Sportfm.az xəbər verir ki, bu, 1/4 finalın Almaniya və İtaliyada keçirilmiş cavab görüşlərindən sonra bəlli olub. 

"Bavariya" ilk görüşdə 0:3 hesabı ilə uduzduğu İngiltərənin "Mançester Siti" komandası ilə öz meydanında heç-heçə edib - 1:1. Hesabı 57-ci dəqiqədə qonaq komandadan Erlinq Holann açıb. Bununla da norveçli hücumçu bu mövsüm Avropanın ən nüfuzlu klub turnirindəki qol sayını 11-ə çatdıraraq, vahid liderliyini möhkəmlədib. Meydan sahibləri bərabərlik qoluna 83-cü dəqiqədə Jozua Kimmixin dəqiq penalti zərbəsi ilə imza atıb. 

Bununla da "Mançester Siti" yarımfinalda turnirin son qalibi İspaniya "Real Madrid"inə rəqib olub.

"İnter" isə səfərdə 2:0 hesabı ilə yendiyi Portuqaliya "Benfika"sı ilə öz meydanında məğlub edə bilməyib - 3:3. Nikolo Barellanın 14-cü, Lautaro Martinesin 65-ci və Xoakin Korreanın 78-ci dəqiqədə vurduğu qollara Fredrik Eursnes, 38-ci, Antonio Silva 86-cı və Petar Musa 90+5-ci dəqiqədə cavab verib. Nəticədə "İnter" iki oyunun yekununda mərhələ adlayıb və yarımfinalda təmsil etdiyi Milan şəhərinin eyniadlı təmsilçisinə rəqib olub. 

UEFA Çempionlar Liqası

1/2 final, cavab görüşləri

23:00. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1

Qollar: Jozua Kimmix, 83 (pen.) - Erlinq Holann, 57

Baş hakim: Kleman Türpen (Fransa)

Münhen, "Alyans Arena"

İlk oyun - 0:3

23:00. "İnter" (İtaliya) - "Benfika" (Portuqaliya) - 3:3

Qollar: Nikolo Barella, 14. Lautaro Martines, 65. Xoakin Korrea, 78 - Fredrik Eursnes, 38. Antonio Silva, 86 

Baş hakim: Karlos del Serro (İspaniya)

Milan, "Cüzeppe Meatsa" stadionu

İlk oyun - 2:0.

Qeyd edək ki, "Real Madrid" yarımfinalda İngiltərənin "Çelsi" komandasını (2:0, 2:0), "Milan" isə "Napoli"ni (1:0, 1:1) üstələyib. 

Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək.

 

Oxşar xəbərlər

“İnter” finala çıxdı! - Çempionlar Liqası
"Milan" və "Real Madrid" yarımfinala yüksəldi - Çempionlar Liqası
"Mançester Siti" və "İnter"dən inamlı qələbə - Çempionlar Liqası
"Mançester Siti" "Bavariya"ya, "Benfika" "İnter"ə qarşı - YENİLƏNİR
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər