

4 güləşçimiz yarımfinalda -Avropa çempionatı
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparır.
Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayıb. Yarışa 1/4 finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə "tuş"la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşacaq.
Əli Rəhimzadə (65 kq) 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb - 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub - 1:4.
Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonla üz-üzə gələcək.
Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə qalib gəlib - 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşəcək.
Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də qalib gəlib - 11:0. Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Oxşar xəbərlər
Üç güləşçimiz Avropa çempionatının finalında!
Hacı Əliyev və Əliabbas Rzazadə finalda - Avropa çempionatı
Azərbaycanlı güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
2 idmançımız finalda - Dünya çempionatı
Daha bir güləşçimiz finalda - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Turan Tovuz”un açılış günü açıqlandı
-
Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı
-
"Sumqayıt" uduzdu, "Şamaxı" qalib gəldi - Premyer Liqa
-
16 ildən sonra futbol elitasına qayıtdılar - FOTO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Bundan sonra “Kocaelispor”a azarkeşlik edəcəyəm" - Rəşad Sadıqov