Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elçin Səfərov idmançılarımızdan yüksək nəticə gözləyir!
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla görüşüb.
Sportfm.az xəbər verir ki, görüş zamanı qarşıdakı məsul yarışla bağlı fiikir mübadiləsi aparılıb. Y.Bəşirov karateçilərin son yarışlarda nəticələri və 4-cü İslam Həmrəyliyi Oyunlarına yekun hazırlıq işlərindən danışıb, bu dəfə də yüksək nəticə göstərmək üçün federasiyanın bütün qüvvələrini səfərbər etdiyini söyləyib.
E.Səfərov bildirib ki, karateçilərin 1-ci Avropa Oyunlarında göstəriyi nəticələr Azərbaycanın ümumi hesabda ikinci pilləyə yüksəlməsində böyük rol oynayıb. O, İslam Həmrəyliyi Oyunlarında da idmançılarımızdan yüksək nəticə gözlədiyini deyib.
Görüşün sonunda Yaşar Bəşirov Elçin Səfərova Azərbaycan Milli Karate Federasyasının Dünya Karate Federasiyasına üzv olmasının 20 illik yubleyi münasibətilə xatirə medalı təqdim edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İslamiadanın qalibləri ilə görüşüb
Nazir: "İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq"
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına nə qədər bilet satılıb?
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir
İslam Həmrəyliyi Oyunlarında idmançıların müsəlman qaydalarına uyğun yerləşdirilməsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası