reklam
“Sabah”ın tarixində bir ilk
Sportfm.az xəbər saytı

“Sabah”ın tarixində bir ilk


Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Əvvəlcə “Zirə” doğma meydanda autsayder “Səbail”lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

“Zirə” ilə avrokuboka vəsiqə yarışında olan “Qəbələ” isə bu tur paytaxta səfər edib. Elmar Baxşıyevin komandası “Neftçi”nin qonağı olub. Üç qolun qeydə alındığı matç paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Turun daha bir oyunu dünən keçirilib. “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib. Gəncə şəhər stadionunun qazonunun yararsız halda olmasına görə “Kəpəz” rəqibini Qəbələdə qəbul edib. Matç nominal meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu gün keçirilən oyunlarla tura yekun vurulub. Günün ilk oyunu Şamaxıda gerçəkləşib. Eyniadlı komanda “Sumqayıt”ı qonaq edib. Bu görüş qolsuz yekunlaşıb.

Turun son matçında isə avrokuboklara vəsiqəni təmin etmiş “Qarabağ”la “Sabah” üz-üzə gəlib. Çempionluq yolunda inamla irəliləyən Ağdam komandası paytaxt təmsilçisi ilə görüşdə qələbə qazanmaqla, aradakı xal fərqini daha da artıra bilərdi. Amma üç qolun qeydə alındığı matç “Sabah”ın qələbəsiylə yekunlaşıb. Hansı ki, bu, sözügedən komandanın Ağdam təmsilçisi üzərindəki ilk qələbəsi kimi tarixə düşüb.

Oxşar xəbərlər

"Qarabağ" mövsümdə ilk məğlubiyyətini yaşadı
Tovuzda qalib gələn olmadı - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
“Neftçi” “Keşlə”ni məğlub etdi - Azərbaycan Premyer Liqası
"Qarabağ" qələbə qazana biləcəkmi? - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər