"Qarabağ" qələbə qazana biləcəkmi? -Premyer Liqa
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Bir neçə gün əvvəl baş məşqçi Ramin Quliyevlə yollarını ayıran “Sabah”ı bu matça İqor Ponomaryov çıxarıb. “Sabah” bu mövsüm çempionatda qələbə qazana bilməmişdi və 1 xalla sonuncu sıradaydı. Amma bu görüş nəhayət ki, “Sabah”ın qələbəsi ilə başa çatıb.
Günün son matçında “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. “Ağ-qaralar”ın heyətində Xorxe Korrea zədə səbəbindən bu matçı buraxıb. Bu oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbəyə seviniblər.
Bazar günü daha bir qarşılaşma keçirilib. “Keşlə” komandası doğma meydanda “Qəbələ”ni qəbul edib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Tura bu gün keçiriləcək “Səbail” – “Qarabağ” matçıyla yekun vurulacaq.
Oxşar xəbərlər
Tura Sumqayıtda yekun vurulacaq
“Sabah”ın tarixində bir ilk
“Zirə” “Neftçi”yə qarşı - YENİLƏNİR
“Neftçi” “Qəbələ” səfərində, “Sabah” “Səbail”ə qarşı - Azərbaycan Premyer Liqası
"Sabah" mövsümün ikinci yarısına qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
Güləşçimiz finalda - Dünya çempionatı















Misli Premyer Liqası