reklam
Tovuzda qalib gələn olmadı -
Sportfm.az xəbər saytı

Tovuzda qalib gələn olmadı -Misli Premyer Liqası


Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib. Bu, həm də, turun mərkəzi matçı idi. Meydan sahibləri turnir cədvəlində 4-cü pilləyə yüksəlmək üçün Rəşad Sadıqovun komandasını məğlub etməli idi. Üç qolun qeydə alındığı matç məhz meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun daha iki oyunu dünən keçirilib. Əvvəlcə autsayder “Səbail” artıq avrokuboklara vəsiqəni təmin etmiş “Sabah”la münasibətinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin gözlənilməz qələbəsiylə yekunlaşıb.

Günün son matçında isə “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olub. “Ağ-qaralar” səfərdə darmadağınla qalib gəliblər.

Tura aprelin 9-da keçirilən oyunlarla yekun vurulacaq. “Turan Tovuz” Premyer Liqanı tərk etmək təhlükəsi yaşayan “Şamaxı” ilə doğma azarkeşləri qarşısında üz-üzə gəlib.

Turun son matçında isə lider “Qarabağ” öz meydanında “Kəpəz”i sınağa çəkəcək.

9 aprel

Turan Tovuz – Şamaxı 1:1
Qol: 
Runi Eva, 2 – Fuad Bayramov, 9.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 16:00

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divine Naah, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Şamaxı: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli

Qarabağ – Kəpəz
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 18:30

Oxşar xəbərlər

“Kəpəz” “Şamaxı”ya qalib gələ biləcəkmi?: heyətlər
"Turan Tovuz" - "Şamaxı" - START HEYƏTLƏR
"Şamaxı" - "Turan Tovuz" - Start heyətlər
“Sumqayıt” “Turan”a qarşı – YENİLƏNİR
"Turan Tovuz" - "Şamaxı" - START HEYƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər