reklam
“Qəbələ” təcili tibbi yardım maşınına görə cərimə olundu -
Sportfm.az xəbər saytı

“Qəbələ” təcili tibbi yardım maşınına görə cərimə olundu -Qərar


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

1-ci divizionun 24-cü turunun “Qəbələ-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“Qəbələ-2” – MOİK oyununa təcili tibbi yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” 40 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Mingəçevir” oyununda “Turan Tovuz-2” komandasının futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.

“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyunununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komanda 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilib.

Oxşar xəbərlər

“Neftçi” polisə görə cərimə olundu - Birinci divizion
“Şamaxı” azyaşlı uşaqlara xərək daşıtdırdı, cərimələndi
“Neftçi”yə xəbərdarlıq edildi - Qərar
Birinci divizion klublarının cərimələri - Qərar
“Neftçi” 4000 manat cərimə olundu - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər